Fərid Nəbiyevli “Viktoriya”dan ilk məğlubiyyət
Futbol üzrə Çexiya 2-ci divizionunda 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Hradeç Kralove” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb. Ötən tur yeni mövsümdə qol hesabını açan futbolçumuz bu dəfə fərqlənə bilməyib.
4 turdan sonra 12 xala malik “Viktoriya” 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin