
“Fənərbaxça”ya 40 milyon avroluq təklif göndəriləcək
“Fənərbaxça”nın yarımmüdafiəçisi Fred karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində “Əl-Hilal” maraqlıdır.
Ərəblərin 30 yaşlı oyunçu üçün Türkiyə klubuna 40 milyon avroluq təklif göndərəcəyi bildirilir.
“Fənərbaxça” Fredi mövsümün əvvəlində “Mançester Yunayted”dən transfer edib. “Sambaçı” İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin