“Fənərbaxça”nın zədəliləri sıraya döndü
“Fənərbaxça” Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı “Dənizlispor”la oyuna hazırlığı davam etdirir.
Komanda.az xəbər verir, İstanbul klubunun zədəliləri də artıq sıraya dönüblər.
Belə ki, son dövrlər zədədən əziyyət çəkən Hasan Ali Kaldırım, Viktor Mozes və Qarri Rodriqes artıq komanda ilə məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yalnız ölkələrinin milli komandalarına dəvət alan 8 futbolçu “Fənərbaxça”nın məşqlərində iştirak etmir.
“Fənərbaxça” “Dənizlispor”la oktyabrın 20-də səfərdə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin