“Fənərbaxça”nın sabiq futbolçusu klubunu dəyişdi
“Fənərbaxça”nın sabiq futbolçusu Alper Potukun yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Rizəspor” klubuna keçib. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Potukla iki illik sözləşmə imzalanıb.
2013-2020-ci illər aralığında “Fənərbaxça”da çıxış edən Alperin son klubu “Ankaragücü” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin