“Fənərbaxça”nın sabiq baş məşqçisi koronavirusdan vəfat etdi
Futbol üzrə Xorvatiya yığmasının və Türkiyənin “Fənərbaxça” klubunun sabiq baş məşqçisi Otto Bariç vəfat edib.
Komanda.az xəbər verir ki, xorvat mütəxəssis 87 yaşında dünyasını dəyişib.
O, bir müddət əvvəl koronavirusa yoluxub. Səhhəti pisləşən məşqçi 10 gün əvvəl xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
1964-cü ildən məşqçilik edən Bariç, karyerası ərzində Xorvatiya, Almaniya və Avstriyanın müxtəlif klublarını çalışdırıb. 1997-1998-ci illərdə Türkiyənin “Fənərbaxça” klubuna da rəhbərlik etmiş mütəxəssis, Avstriya, Xorvatiya və Albaniya yığmalarının da baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin