“Fənərbaxça”nın oyunçusu “Yuventus”un hədəfindədir

“Fənərbaxça”nın yarımmüdafiəçisi Sofyan Amrabat “Yuventus”un transfer siyahısına düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun baş məşqçisi İqor Tudor komandasının orta xəttini gücləndirmək üçün hədəflər arasında 28 yaşlı futbolçunun adını qeyd edib.

Türkiyə klubu tərəfindən müəyyən edilən 20–25 milyon avro arasında qiymət transfer prosesini mürəkkəbləşdirir. Eləcə də, mərakeşli futbolçunun illik 5 milyon avro maaş tələbi də “Yuventus”a sərf etmir.

“Fiorentina” və “Mançester Yunayted” kimi klublarda çıxış etmiş Amrabatın “Fənərbaxça” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button