Batşuayi “Fənərbaxça”nın “düşmən”i ilə müqavilə bağlamağa yaxındır

Belçikalı hücumçu Mişi Batşuayi “Qalatasaray”a keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” ilə müqaviləsi bitən 30 yaşlı forvardın “Qalatasaray”a azad agent kimi keçərək, 2027-ci ilə qədər olan anlaşma imzalayacağı gözlənilir.

Batşuayi 2022-ci ilin sentyabrından “Fənərbaxça”da çıxış edirdi. O, 2023/24 mövsümündə bütün yarışlarda 43 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button