“Fənərbaxça”nın hücumçusu Braziliya klubunda – Rəsmi
“Fənərbaxça”nın hücumçusu Enner Valensiya karyerasını Braziliyada davam etdirəcək.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, azad agent kimi “İnternasional” klubuna keçib. 33 yaşlı futbolçu ilə imzalanan sözləşmənin şərtləri haqda məlumat verilməyib.
Valensiya 2020-ci ilin yayından “Fənərbaxça”da çıxış edirdi. O, 2022/23 mövsümündə 48 oyunda 33 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin