
Türkiyə klubu Alaba üçün danışıqlara başlayıb
“Real”ın müdafiəçisi David Alaba Türkiyəyə gedə bilər.
Komanda.az “A Spor”-a istinadən xəbər verir ki, avstriyalı futbolçunun transferində “Fənərbaxça” maraqlıdır. Türkiyənin top klubu müdafiəçinin transferi ilə bağlı “Real”la danışıqlara başlayıb. Komandanın baş məşqçisi Joze Mourinyo Alaba ilə şəxsən maraqlanır. Ancaq oyunçu hazırda “Fənərbaxça”ya keçməyə həvəsli deyil. O, növbəti mövsümü Madrid klubunda keçirmək istəyir.
33 yaşlı futbolçunun “Real”la müqaviləsi gələn ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin