“Fənərbaxça”nın hədəfindədir – “Mançester Yunayted”in futbolçusu

“Mançester Yunayted”in vingeri Antoni yaxın günlərdə komandasını tərk etmək niyyətindədir.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasını “Fənərbaxça”da davam etdirə bilər. Joze Mourinyonun baş məşqçi olduğu klub onu icarəyə götürmək istəyir.

Vəziyyəti Antoninin keçmiş komandası “Ayaks”la yanaşı, İspaniya, Fransa və Səudiyyə Ərəbistanının bir sıra klubları da izləyir.

Türkiyədə transfer pəncərəsi sentyabrın 13-nə qədər açıqdır. “Mançester Yunayted” heyətə daxil olmayan 24 yaşlı futbolçunu icarəyə verməyə hazırdır. Amma gələn yaya qədər tam transfer reallaşmayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button