İngiltərə klubundan türk futbolçu üçün 35 milyon avroluq təklif

“Brayton” “Fənərbaxça”nın sol cinah müdafiəçisi Fərdi Kadıoğlunun transferi üçün yeni təklif göndərib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir, “qağayılar” türkiyəli futbolçu üçün bonuslar da daxil olmaqla 35 milyon avro təklif edir.

“Brayton” Kadıoğlunun AÇ-2024-dəki çıxışına heyran olub. Fərdi türklərin bu turnirdə 1/4 finala yüksəlməsində kömək edib.

24 yaşlı futbolçu ilə “Mançester Yunayted” və “Bayern” kimi Avropanın digər klubları da maraqlanırdı. O, Türkiyə çempionatının son mövsümündə 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button