“Fənərbaxça”nın futbolçusu La Liqa klubuna keçib

“Fənərbaxça”nın futbolçusu Migel Krespo “Rayo Valyekano”ya keçib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi La Liqa klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Müqavilədə satınalma şərti də var.

2021-ci ildən “Fənərbaxça”da çıxış edən Krespo bu mövsüm İstanbul klubunda 18 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button