“Qarabağ” – Alper Potuk “izdivac”ı niyə baş tutmadı?

“Fənərbaxça”nın futbolçusu Alper Potukun “Qarabağ”a keçidi baş tutmayıb.

Komanda.az xəbər verir ki, bir neçə gün əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov da yarımmüdafiəçi ilə danışıqlar apardıqlarını təsdiqləmişdi. “Qarabağ” türkiyəli yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq istəyirdi. Ancaq Alperin məvacibinin yüksək olması səbəbindən keçid reallaşmayıb. 16 dəfə Türkiyə millisinin formasını geyinmiş futbolçunun illik məvacibi 6 milyon lirəyə (təxminən 1,7 milyon manat) yaxındır.

Super Liqanın bir neçə klubunun da Alperlə maraqlandığı bildirilirdi. Lakin 28 yaşlı yarımmüdafiəçi heç bir klubla razılığa gələ bilməyib və “Fənərbaxça”da qalıb. “Bülbüllər”də az şans qazanan futbolçunun mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.

Yeri gəlmişkən, Potukun atası xərçəng xəstəliyindən əziyyət çəkir və hazırda İstanbulda müalicə olunur. Futbolçunun müalicə dövründə atasının yanında qalmaq istədiyi də deyilir.

Alper Potuk mövsümün əvvəlində də “Fənərbaxça”dan ayrılmağa yaxın idi. Ancaq o, məvacibində 40 faiz endirim edərək, “Fənər”lə müddəti 2022-ci ilə qədər olan müqaviləsini yeniləmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button