
“Fənərbaxça” yeni baş məşqçisini seçib – Tezliklə təqdim edəcək
İtaliyalı mütəxəssis Domeniko Tedesko “Fənərbaxça”nın yeni baş məşqçisi təyin olunub.
Komanda.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb.
İstanbul təmsilçisinin yeni baş məşqçisinin təqdimatı yaxın günlərdə baş tutacaq. Bundan əvvəl baş məşqçi postu üçün Zinəddin Zidanın imtina etdiyi bildirilib və daha sonra Tedesko əsas namizəd kimi seçilib.
“Fənərbaxça” UEFA Çempionlar Liqasının pley-offunda “Benfika”ya məğlub olduqdan sonra baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.
Tedesko daha əvvəl “Leyptsiq”i çalışdırıb, 2023–2025-ci illərdə isə Belçika millisinin baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



