“Fənərbaxça”nı məğlub edən tapıldı
Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“İstanbulspor” evdə “Pendikspor”a uduzub. Azərbaycanlı hücumçu Renat Dadaşovun komandası – “Hatayspor” isə onun 88 dəqiqə oynadığı səfər matçında “Samsunspor”a məğlub olub.
Turun mərkəzi oyununda “Fənərbaxça” doğma meydanda “Trabzonspor”a məğlub olub. Bununla da İstanbul təmsilçisinin 19 oyunluq məğlubiyyətsiz seriyası qırılıb.
Türkiyə Super Liqası
11-ci tur
3 noyabr
Qalatasaray – Kasımpaşa 2:1
Qollar: Zaha, 33; 51 – Omeru, 54.
4 noyabr
İstanbulspor – Pendikspor 2:4
Qollar: Ndao, 40. Roka, 89 – E.Yardımcı, 30. Velinton, 45+3; 60. Türam, 83.
Samsunspor – Hatayspor 2:1
Qollar: E.Kara, 77-pen. Şindler, 90+9 – Lamkel Ze, 36.
Fənərbaxça – Trabzonspor 2:3
Qollar: Tadiç, 61-pen; 90-pen – Onuaçu, 10. B.Özdemir, 46. Pepe, 47.
5 noyabr
14:30. Sivasspor – Adana Dəmirspor
17:00. Başakşəhər Ankaragücü
17:00. Konyaspor – Fatih Karagümrük
20:00. Antalyaspor – Beşiktaş
6 noyabr
21:00. Qaziantep – Rizəspor
21:00. Kayserispor – Alanyaspor
Bizi Facebook-da izləyin