“Fənərbaxça”dan yeni transfer
“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Kuinz Park Reyncers” klubunun yarımmüdafiəçisi Brayt Osayi-Samueli transfer edib.
Bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı vingerin özü və klubu ilə razılıq əldə olunduğu diqqətə çatdırlıb. Nigeriyalı yarımmüdafiəçi tezliklə İstanbula gəlib tibbi müayinədən keçəcək və 4.5 illik müqaviləyə imza atacaq.
Osayi-Samuel 2017-ci ildən “Kuinz Park Reyncers”də çıxış edir. O, daha öncə iki il yetirməsi olduğu “Blekpul”da da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin