“Fənərbaxça”dan daha bir transfer – RƏSMİ
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul klubu Super Liqanın digər təmsilçisi “Ankaragücü”nün qapıçısı Altay Bayındırı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.
Altay Bayındır həm də Türkiyənin U-21 yığmasında forma geyinir. Gənc qapıçı geridə qalan mövsümdə “Ankaragücü” ilə 19 rəsmi oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin