“Fənərbaxça”dan Belçika klubuna

Türkiyənin “Fənərbaxça” klubunun yarımmüdafiəçisi Oğuz Kağan Güçtekin İstanbul təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, o, bundan sonrakı karyerasını Belçikada davam etdirəcək.

22 yaşlı futbolçu bu ölkənin “Vesterlo” klubuna transfer olunub. Bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb. Futbolçuya xidmətlərinə görə təşəkkür edən İstanbul təmsilçisi, ona yeni komandasında uğurlar arzulayıb.

Qeyd edək ki, Oğuz Kağan Güçtekin “Fənərbaxça”nın öz yetirməsidir. O, son mövsümlərdə “Rizəspor” və “Konyaspor”da icarədə də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button