“Fənərbaxça”da yeni müqavilə
“Fənərbaxça” qapıçısı Altay Bayındırla yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, tərəflər arasındakı yeni sözləşmə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Altay 2019-cu ildə “Ankaragücü” klubunda “Fənərbaxça”ya gəlib. 24 yaşlı qolkiper İstanbul təmsilçisində 137 oyuna çıxıb. Bu komandanın kapitanı olan futbolçu Türkiyə millisinə də dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin