“Fənərbaxça”da üç futbolçu sıraya döndü, biri zədələndi
“Fənərbaxça” Türkiyə Super Liqasının 12-ci turu çərçivəsində doğma meydanda qarşılaşacağı “Yeni Malatyaspor”la oyunun hazırlığına start verib.
Komanda.az xəbər verir ki, bu oyun ərəfəsində komandanın zədəli futbolçularından Harun Tekin və Nazim Sanqare sıraya dönüb.
Onlarla yanaşı koronavirusdan sağalan Sinan Gümüş də artıq komanda ilə məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əvəzində İstanbul təmsilçisinin hücumçusu Enner Valensiya sıradan çıxıb. “Dənizlispor”la oyunda zədələnən futbolçunun “Yeni Malatyaspor”a qarşı oynamayacağı müəyyənləşib. Onunla yanaşı Marsel Tisserand da trenajor zalında fərdi hazırlıqla kifayətlənir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin