“Fənərbaxça”da ciddi itki
Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Qarri Rodriqes sıradan çıxıb.
O, komandanın son məşqlərindən birində zədələnib. Müayinə nəticəsində 29 yaşlı futbolçunun sol bud əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Klubdan verilən məlumata görə, Rodriqes azı 2-3 həftə istirahət edəcək. Onun fevralın 23-də keçiriləcək “Qalatasaray”la derbini də buraxması ehtimal olunur.
Bu mövsüm “Fənərbaxça”da 20 oyuna çıxan Rodriqes, 3 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin