“Fənərbaxça” yeni transferi ilə müqavilə bağladı
Futbol üzrə İngiltərə millisinin sabiq müdafiəçisi Stiven Kokerin Türkiyənin “Fənərbaxça” klubuna keçidi rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
2019-cu ildən Türkiyənin digər klubu “Alanyaspor”da forma geyinən 29 yaşlı ingilis futbolçu İstanbul təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atıb.
Qeyde dək ki, Koker “Alanyaspor”da keçirdiyi 2.5 mövsüm ərzində 90 rəsmi matça çıxıb. İngilis stopper bu görüşlərdə 6 qol da vurub.
Stiven Koker karyerası ərzində “Liverpul”, “Sauthempton”, “Suonsi Siti”, “Tottenhem”, “Bristol Siti”, “Kardiff Siti”, “Yeovil Taun” və KPR klublarında da forma geyinib.
“Fənərbaxça” daha öncə Serdar Dursunu heyətinə qatmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin