
“Fənərbaxça” yeni baş məşqçisini RƏSMƏN açıqladı
Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisini Jorje Jesus çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
67 yaşlı məşqçi “Fənər”də illik 3 milyon avro maaş alacaq.
Jesus baş məşqçi postunda İsmail Kartalı əvəz edib. Portuqaliyalı mütəxəssis ölkəsində “Benfika”dakı uğurlarına görə tanınıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin