“Fənərbaxça” yenə xal itirdi
Futbol üzrə Türkiyə Super Liqasında 18-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə “Bursaspor”la üz-üzə gələn “Fənərbaxça” qələbəni sonuncu dəqiqədə buraxdığı qolla əldən verib.
“Kasımpaşa” – “Rizəspor” matçında isə qonaqlar minimal hesabla məğlub olublar.
Türkiyə Super Liqası, 18-ci tur
18 yanvar
Akhisarspor – Beşiktaş 1:3
Qol: Çikalleşi, 80 – D.Tokoz, 23. G.Gönül, 48. Larin, 76.
19 yanvar
Ərzurumspor – Konyaspor 1:2
Qol: T.Antalyalı, 59 – Ö.A.Şahiner, 45. V.Fındıklı, 57.
Yeni Malatyaspor – Göztəpə 3:2
Qol: Ö.Şişmanoğlu, 1. M.Donald, 34. D.Aleksiç, 55 – H.Akbunar, 20. A.Poko, 41.
Antalyaspor – Kayserispor 0:0
Qalatasaray – Ankaragücü 6:0
Qol: S.Gümüş, 1; 26. Onyekuru, 21; 60; 63. Ndiaye, 86.
20 yanvar
Alanyaspor – Sivasspor 2:0
Qol: Kampos, 37-pen. J.Fernandes, 45.
Trabzonspor – Başakşəhər 2:4
Qol: Ekuban, 49. Y.Yazıçı, 80 – İ.Kahveçi, 32. Klişi, 42. Ekuban, 48-öz qapısına. Vişça, 86.
21 yanvar
Bursaspor – Fənərbaxça 1:1
Qol: A.Kara, 90 – Soldado, 20.
Kasımpaşa – Rizəspor 0:1
Qol: Umar, 24.
Bizi Facebook-da izləyin