Türkiyə millisinin sabiq üzvü karyerasını bitirdi
“Fənərbaxça” və “Trabzonspor”un sabiq futbolçusu Sərkan Balcı karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi sosial şəbəkə hesabından məlumat yayıb. Balcı son olaraq “Sarıyerspor” klubunun şərəfini qoruyurdu.
Karyerası ərzində “Fənərbaxça”, “Trabzonspor”, “Antalyaspor” kimi klublarda forma geyinən Sərkan, 24 dəfə də Türkiyə millisində çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin