“Fənərbaxça” və “Roma”nın sabiq üzvü Super Liqa klubunda
Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa klubu Türkiyə millisinin üzvü Salih Uçanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Salih Uçan geridə qalan mövsümü İtaliyanın “Empoli” klubunda keçirib. Amma bu yay sözügedən klubdan ayrılan futbolçu azad agent statusu daşıyırdı.
Türkiyə yığmasında bir oyun keçirmiş yarımmüdafiəçi karyerası ərzində “Fənərbaxça”, “Sion” və “Roma” klublarında da forma geyinib. O, geridə qalan mövsümdə “Empoli”də 14 oyuna çıxıb, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin