
“Fənərbaxça” iki tanınmış məşqçi ilə danışıqlar aparır
“Fənərbaxça” yeni baş məşqçi axtarışlarını davam etdirir.
Avqustun 29-da “Benfika”ya məğlub (0:1) olaraq, UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilmədiyi üçün Joze Mourinyonu istefaya göndərən İstanbul klubu hazırda bir neçə namizədlə danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssislər – Luçano Spaletti və Angelos Postekoqlu ilə əlaqə saxlayıb. Hər iki məşqçidən mümkün müqavilənin şərtləri soruşulub.
Spalettinin sonuncu iş yeri İtaliya yığması olub, Postekoqlu isə bu yay “Tottenhem”dən ayrılıb.
Bundan əlavə, mətbuatda “Ştutqart”ın çalışdırıcısı Sebastyan Henessin də “Fənərbaxça”nın namizədləri sırasında olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



