“Fənərbaxça” səfərdə xal itirdi
Türkiyə Super Liqasında 8-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Kasımpaşa” – “Konyaspor” və “Samsunspor” – “Fənərbaxça” matçında qalib müəyyənləşməyib. “Karagümrük” evdə “Qaziantep”ə uduzubsa, “Başakşəhər” “Göztəpə”yə səfərdə məğlub olub.
Hazırda 22 xalı olan “Qalatasaray” vahid liderdir. “Trabzonspor”un 17, “Göztəpə” və “Fənərbaxça”nın 16, “Qaziantep”in 14, “Beşiktaş” və “Samsunspor”un 13 xalı var.
Türkiyə Super Liqası
8-ci tur
3 oktyabr
Antalyaspor – Rizəspor 2:5
Qollar: S.Dikmen, 13. Kvançara, 89 – Rak-Sakyi, 4; 48. Yureçka, 9. Zeqiri, 86. Mihayla, 90+1.
Trabzonspor – Kayserispor 4:0
Qollar: O.Yokuşlu, 12. F.Auqusto, 53. Zubkov, 56. Onuaçu, 90+5-pen.
4 oktyabr
Gənclərbirliyi – Alanyaspor 2:2
Qollar: Zuzek, 66. Nyanq, 76-pen – Haci, 14. Hvanq, 69.
Kocaelispor – Eyüpspor 1:0
Qol: Petkoviç, 85-pen.
Qalatasaray – Beşiktaş 1:1
Qollar: İ.Gündoğan, 55 – T.Abraham, 12.
5 oktyabr
Kasımpaşa – Konyaspor 1:1
Qollar: Vink, 72 – Muleka, 22.
Karagümrük – Qaziantep 0:2
Qollar: Maksim, 55-pen. Kozlovski, 69.
Göztəpə – Başakşəhər 1:0
Qol: Juan Santos, 43.
Samsunspor – Fənərbaxça 0:0
Bizi Facebook-da izləyin



