“Fənərbaxça” qalib gəldi, “Beşiktaş” “Qarabağ”ın rəqibinə uduzdu
Bu gün Avropa Liqasının Liqa mərhələsində 1-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun ikinci oyun günündə 9 matç keçirilib.
Azərbaycan çempionu “Qarabağ” səfərdə “Tottenhem”in qonağı olub və məğlubiyyətə üzülüb.
“Qarabağ”ın Avroliqadakı rəqiblərindən daha 5-i – “Malmö” (İsveç), “Ayaks” (Niderland), “Styaua” (Rumıniya), “Olimpik” (Lion, Fransa) və “Olimpiakos” (Yunanıstan) da ilk oyunlarını keçiriblər.
Həmçinin bu gün qardaş ölkə Türkiyənin 2 klubu da meydana çıxıb. “Fənərbaxça” “Yunion”a qaib gəlib – 2:1. “Beşiktaş” “Ayaks”a 0:4 hesabı ilə uduzub.
Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
26 sentyabr
“Fənərbaxça” (Türkiyə) – “Yunion” (Belçika) 2:1
Qollar: Ç.Söyüncü, 26. Burqess, 82-öz qapısına – Saykes, 90+3.
“Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya) 0:2
Qollar: Bayrami, 1. Makkausland, 76.
“Roma” (İtaliya) – “Atletik” (İspaniya) 1:1
Qollar: Dovbik, 32 – Paredes, 85.
“Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə) 4:0
Qollar: Fitz-Jim, 31. Qodts, 51; 73. K.Teylor, 55.
“Ayntraxt” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya) 3:3
Qollar: Ekitike, 38. Ebimbe, 62. Kristensen, 67 – Şults, 41. Adu, 86. Jemelka, 90+3.
“Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) 3:0
Qollar: B.Conson, 12. P.Sarr, 53. D.Solanke, 68.
“Braqa” (Portuqaliya) – “Makkabi” (Təl-Əviv, İsrail) 2:1
Qollar: Bruma, 88; 90+5-pen – Davida, 30.
“Olimpik” (Lion, Fransa) – “Olimpiakos” (Yunanıstan) 2:0
Qollar: Şerki, 65. Benrahma, 71.
“Styaua” (Rumıniya) – RFS (Latviya) 4:1
Qollar: Birliqea, 8. Stefenesku, 32. Olaru, 58; 69 – Lipuşçek, 23.
Bizi Facebook-da izləyin