“Fənərbaxça” “Qalatasaray”la matça U-19 komandasını çıxaracaq
Türkiyənin “Fənərbaxça” klubu “Qalatasaray”a qarşı keçirəcəkləri ölkə superkuboku matçına U-19 komandası ilə çıxacaq.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun vitse-prezidenti Erol Bilecik bildirib.
Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib: “Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq”.
O, qarşıdakı iki mövsümdə Türkiyə kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.
Xatırladaq ki, superkubok matçı aprelin 7-də keçiriləcək. “Fənərbaxça” avrokubok matçına görə bu görüşün başqa tarixdə keçirilməsini və əcnəbi hakim tərəfindən idarə olunmasını tələb edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin