
“Fənərbaxça” – “Qalatasaray” matçının vaxtı açıqlanıb
Türkiyə Super Liqasının 6-cı turu çərçivəsində baş tutacaq “Fənərbaxça” – “Qalatasaray” matçının vaxtı müəyyənləşib.
Komanda.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İstanbul derbisi 21 sentyabr tarixində keçiriləcək.
“Fənərbaxça”nın ev sahibliyi edəcək qarşılaşma saat 21:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin