“İştaha”sı böyük “Fənərbaxça”

Türkiyənin “Fənərbaxça” klubu İngiltərə Premyer Liqasından hücumçu dəvət etmək istəyir.

Komanda.az “Ajansspor”-a istinadən xəbər verir ki, Joze Mourinyonun komandası “Liverpul”dan Darvin Nunyeslə güclənmək istəyir.

Uruqvaylı forvard “Liverpul”dakı ilk iki mövsümündəki çıxışına görə tənqid olunmuşdu, baxmayaraq ki, onun son mövsümdəki statistikasını uğursuz adlandırmaq olmaz. 25 yaşlı futbolçu Premyer Liqada 36 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə edib.

İki il əvvəl “Liverpul” Nunyes üçün “Benfika”ya 80 milyon avro ödəyib. İngilislər çətin ki, Nunyesi bu transfer pəncərəsində buraxsınlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button