“Fənərbaxça” Mourinyonun təyinatını rəsmən açıqladı

Portuqaliyalı tanınmış mütəxəssis Joze Mourinyo Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi olub.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi yeni baş məşqçisi üçün doğma stadionunda imza mərasimi təşkil edib.

61 yaşlı mütəxəssis yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Joze Mourinyonun sonuncu iş yeri İtaliya “Roma”sı olub. O, sözügedən klubdan bu ilin yanvar ayında ayrılmışdı. “Mour” Türkiyə klubunda İsmail Kartalı əvəz edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button