“Fənərbaxça” Mourinyonun təyinatını bu gün rəsmən açıqlaya bilər
“Fənərbaxça” portuqaliyalı mütəxəssis Joze Mourinyonu tezliklə komandanın baş məşqçi postuna təyin edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu Mourinyonun təyinatının axşam saatlarında rəsmən açıqlanacağını bildirib.
İstanbul klubu sosial şəbəkədə “Daha çox vaxt” paylaşımı edib. Paylaşımda göstərilən vaxt saat 19:00, tarix isə 2 iyundur. Belə qənaətə gəlmək olar ki, Mourinyonun təyinatı bu gün axşam saatlarında rəsmən açıqlanacaq.
Portuqaliyalı mütəxəssisin son klubu bu ilin əvvəlində tərk etdiyi “Roma” olub.
“Fənərbaxça” son mövsümdə Super Liqada 99 xal toplayaraq, turnir cədvəlini 2-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin