“Fənərbaxça” “Mançester Siti”nin futbolçusu ilə maraqlanır
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne İngiltərə Premyer Liqasını Türkiyə Super Liqasına dəyişə bilər.
Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə “Fənərbaxça” maraqlanır.
Türkiyə klubu belçikalı futbolçunu qış transfer pəncərəsində almaq istəyir. Ona MLS və Səudiyyə Ərəbistanından da maraq var.
De Bruyne cari mövsümdə İngiltərə Premyer Liqasında 10 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin