Türkiyə Futbol Federasiyasını məhkəməyə verdi – “Fənərbaxça”

“Fənərbaxça” klubu Türkiyə Futbol Federasiyasını (TFF) məhkəməyə verib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi 2010/2011 mövsümündən sonra yaşananlara bağlı təzminat tələb edir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Fənərbaxça” federasiyadan 250 milyon TL (50 milyon manatdan çox) təzminat ödənilməsini istəyir.

“Fənərbaxça” 2010/2011 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. İstanbul klubu danışılmış oyunlarda iştirakda ittiham olunduğu üçün həmin mövsüm avrokuboklardan kənarlaşdırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button