“Beşiktaş”a 1 qol bəs etdi

Türkiyə Super Liqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Fənərbaxça” “Kasımpaşa”nı qəbul edib. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Şənbə günü daha dörd görüş baş tutub. “Gənclərblriyi” “Kayserispor”u, “Rizəspor” “Antalyaspor”u, “Sivasspor” isə “Konyaspor”u məğlub yola salıb. Çempionlar Liqasında “Real”a 0:6 hesabıyla uduzan “Qalatasaray” da səfərdə “Qaziantep”lə qarşılaşıb və inamlı qələbəyə sevinib.

“Beşiktaş” bu turda “Dənizlispor”u sınağa çəkib və minimal hesabla qalib gəlib. Lider “Alanyaspor” isə səfərdə “Trabzonspor”la üz-üzə gəlib. Turun mərkəzi görüşündə Trabzon təmsilçisi qələbə qazanıb.

Türkiyə Super Liqası, 11-ci tur

8 noyabr

Fənərbaxça – Kasımpaşa 3:2
Qol
: Muriqi, 6-pen; 44-pen. S.Aziz, 59 – Xalili, 37. Ben Yussef, 56.

9 noyabr

Gənclərbirliyi – Kayserispor 2:1
Qol
: Sio, 14. Stanku, 81 – E.Demir, 71.

Rizəspor – Antalyaspor 1:0
Qol
: Abarhun, 26.

Sivasspor – Konyaspor 2:0
Qol
: E.Kılınc, 80. H.Arslan, 89.

Qaziantep – Qalatasaray 0:2
Qol
: O.Bayram, 22. Fequli, 43.

10 noyabr

Göztəpə – Yeni Malatyaspor 1:1
Qol
: S.Gürler, 9 – G.Töre, 83-pen.

Trabzonspor – Alanyaspor 1:0
Qol
: S.Gürler, 9 – G.Töre, 83-pen.

Başakşəhər – Ankaragücü 2:1
Qol
: Krivelli, 10; 77 – A.Karabulut, 87.

Beşiktaş – Dənizlispor 1:0
Qol
: Nkudu, 70.

Bombardir: Papiss Sisse (Alanyaspor), Adis Yahoviç (Yeni Malatyaspor) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button