
Türkiyə klubu Aktürkoğlu üçün 25 milyon avro təklif edir
“Fənərbaxça” hücum xəttini gücləndirmək məqsədilə Kərəm Aktürkoğlunu transfer etmək istəyir.
Komanda.az “Record”-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi artıq “Benfika” ilə danışıqlara başlayıb.
Klub 26 yaşlı vinger üçün 22 milyon avro sabit məbləğ və əlavə olaraq 3 milyon avroya qədər bonus təklif edir. Bundan əlavə, ona illik 5 milyon avro maaş təklif olunan şəxsi müqavilə də hazır vəziyyətdədir.
Türk futbolçu son mövsümdə Portuqaliya çempionatında 30 oyunda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin