“Fənərbaxça” Jezusla anlaşdı
Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Komanda.az “CNNturk”-ə istinadən xəbər verir ki, İstanbul klubu Jorje Jezusla anlaşıb. “Fənər”in prezidenti Ali Koç Lissabona yollanaraq, 68 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında danışıqlar müsbət məcrada keçib və ilkin razılıq əldə olunub.
Portuqaliyalı mütəxəssisin məşqçi korpusu ilə birlikdə illik qazancı 6 milyon avro təşkil edəcək. O, yeni klubu ilə 2+1 illik müqavilə imzalayacaq.
Jezusun son klubu “Benfika” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin