“Fənərbaxça” “Fiorentina”nın futbolçusunu icarəyə götürür

Mərakeş millisinin və “Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabat İtaliya çempionatını Türkiyə Super Liqasına dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçunun yeni klubu “Fənərbaxça” olacaq.

İstanbul klubu 28 yaşlı futbolçunun transferinə görə “Fiorentina” ilə anlaşıb. Amrabat mövsümün sonuna qədər 13 milyon avroya almaq şərti ilə icarəyə veriləcək.

Amrabat ötən mövsümü icarə əsasında “Mançester Yunayted”də keçirib. O, İngiltərə Premyer Liqasında 21 oyunda meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button