“Fənərbaxça”dan ayrılan futbolçu İtaliya klubunda
“Fənərbaxça” ilə yollarını ayıran Tolqay Arslanın yeni iş yeri bilinib.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Tolqay A Seriyası təmsilçisi “Udineze” ilə razılıq əldə edib. “Udineze” türk futbolçunun keçidini yaxın zamanda rəsmən açıqlayacaq.
Yarımmüdafiəçi, karyerası ərzində Türkiyədə “Beşiktaş”, “Fənərbaxça”, Almaniyada “Hamburq”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin