“Fənərbaxça”dan ayrılan futbolçu Premyer Liqa klubunda
“Fənərbaxça” ilə yollarını ayıran Adil Rami karyerasını Rusiyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Soçi” klubuna keçib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Fransız müdafiəçinin Premyer Liqa klubuyla imzaladığı müqavilənin detalları məlum deyil.
DÇ-2018-də Fransa millisinin heyətində qızıl medal qazanan Rami, mövsümün əvvəlində “Fənərbaxça” ilə 1+1 illik müqavilə imzalamışdı. “Lill”, “Valensiya”, “Milan”, “Marsel” və “Sevilya”da da oynamış 34 yaşlı futbolçu, İstanbul təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.
Rami, Rusiya Premyer Liqasında mübarizə edəcək 4-cü dünya çempionu olub. Bundan əvvəl Roberto Karlos, Benedik Hövedes, Andre Şürrle Premyer Liqada mübarizə aparmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin