Autsayder doğma meydanda sevindi

Türkiyə Super Liqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Fənərbaxça” “Gənclərbirliyi”ni qəbul edib. Yeddi qolun qeydə alındığı matçda İstanbul təmsilçisi darmadağına sevinib.

Şənbə günü daha üç qarşılaşma baş tutub. “Yeni Malatyaspor” evdə lider “Sivasspor”a, “Ankaragücü” isə “Göztəpə”yə uduzub. “Qalatasaray” da doğma meydanda “Alanyaspor”u minimal hesabla üstələyib.

“Konyaspor” – “Qaziantep” matçında hesab açılmayıb. Səfərdə “Antalyaspor”un qonağı olan “Trabzonspor” inamlı qələbəyə sevinib. “Dənizlispor”la qarşılaşan “Başakşəhər” turu xal itkisi ilə üzləşib. “Beşiktaş” isə “Kasımpaşa” ilə qarşılaşmadan qalib ayrılıb.

Sonuncu oyun günündə “Kayserispor” doğma meydanda “Rizəspor”u minimal hesabla üstələyib.

Türkiyə Super Liqası, 14-cü tur

6 dekabr

Fənərbaxça – Gənclərbirliyi 5:2
Qol
: Muriqi, 23; 39. L.Qustavo, 32. F.Kadıoğlu, 74. Kruse, 87 – Sio, 9. Stanku, 78.

7 dekabr

Yeni Malatyaspor – Sivasspor 1:3
Qol
: Gilyerme, 37 – H.Arslan, 26. M.Yandaş, 30. E.Kılınc, 54.

Ankaragücü – Göztəpə 1:3
Qol
: İ.Parlak, 31 – H.Akbunar, 1. S.Gürler, 47; 58.

Qalatasaray – Alanyaspor 1:0
Qol
: Belhanda, 21.

8 dekabr

Konyaspor – Qaziantep 0:0

Antalyaspor – Trabzonspor 1:3
Qol
: Çelustka, 17 – Sorlot, 3. Nvakaeme, 25. Y.Sarı, 45.

Dənizlispor – Başakşəhər 1:1
Qol
: Barrov, 60 – Vişça, 54.

Kasımpaşa – Beşiktaş 2:3
Qol
: M.Pektemek, 24. Koita, 56 – C.Erkin, 39. Roko, 67. U.Nayir, 90+4.

9 dekabr

Kayserispor – Rizəspor 1:0
Qol
: Kravets, 9.

Bombardir: Vedat Muriqi (Fənərbaxça), Boqdan Stanku (Gənclərbirliyi), Papiss Sisse (Alanyaspor), Adis Yahoviç (Yeni Malatyaspor) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button