“Fənərbaxça” futbolçusunu icarəyə verib
“Fənərbaxça” klubu futbolçusu Əmrə Moru icarəyə verib.
Komanda.az xəbər verir ki, İstanbul klubu 26 yaşlı vingeri “Fatih Karagümrük”ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü mövsümün ikinci yarısını Super Liqa təmsilçisində keçirəcək. “Fənərbaxça” Əmrə Moru 2022-ci ildə məhz “Fatih karagümrük”dən transfer etmişdi.
Futbolçu bu mövsüm “Fənər”in heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin