“Fənərbaxça” futbolçusunu icarəyə verdi
Türkiyənin “Fənərbaxça” klubu yarımmüdafiəçisi Brumanı Portuqaliyanın “Braqa” klubuna icarəyə verib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçunun bu mövsümün sonuna kimi vətənində forma geyinəcəyi açıqlanıb.
Bruma bu mövsümün əvvəlində Niderlandın PSV klubundan icarə əsasında “Fənərbaxça”ya gəlmişdi. Lakin bu qış İstanbul təmsilçisi onun transfer hüquqlarını da alıb. Cari mövsümdə bu komandada cəmi 5 matça çıxan Bruma, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin