
“Fənərbaxça” finalda!
Türkiyə kubokunda ilk finalçı bəlli olub.
Komanda.az xəbər verir ki, bu gün yarımfinalın cavab oyunu çərçivəsində “Fənərbaxça” “Sivasspor”u qəbul edib.
Sivasdakı ilk oyunda qapılara qol vurulmamışdı. Cavab matçında 3 cavabsız qol vuran “Fənərbaxça” ilk finalçı olub.
Digər yarımfinal görüşü sabah “Ankaragücü” ilə “Başakşəhər” arasında baş tutacaq.
Türkiyə kuboku
Yarımfinalın cavab oyunları
24 may
Fənərbaxça – Sivasspor 3:0
Qol: F.Kadıoğlu, 47. Batşuayi, 58. Kinq, 85.
İlk oyun – 0:0.
25 may
21:30. Ankaragücü – Başakşəhər
İlk oyun – 0:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin