“Fənərbaxça” fanatları Ukrayna klubu ilə matça Putinin maskasında gəldi – FOTO
“Fənərbaxça” Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında Kiyev “Dinamo”sunu 2:1 hesabı ilə məğlub edib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun bəzi azarkeşləri oyuna Rusiya bayrağı, həmçinin Rusiya prezidenti Vladimir Putinin üzü əks olunan maskalarla gəliblər.
İyul ayında bu komandalar Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gəlmişdi. “Dinamo”nun vurduğu ilk qoldan sonra türkiyəli azarkeşlər Rusiya prezidentinin adını səsləndirməyə başlamışdılar. Nəticədə, UEFA “Fənərbaxça”nı bir ev matçı üçün tribunaları qismən bağlamaq, həmçinin 50 min avro cərimələməklə cəzalandırmışdı.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin