
“Fənərbaxça” Çalhanoğlu üçün təklif irəli sürməyə hazırdır
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Qalatasaray”a keçməsə də, karyerasını Türkiyədə davam etdirmək ehtimalı hələ də qalır.
Komanda.az “SportMediaset”-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya yeni iddiaçı “Fənərbaxça”dır.
İstanbul klubu türkiyəli oyunçu üçün 15 – 20 milyon avro aralığında təklif irəli sürməyə hazırdır.
Bununla belə, “İnter” Çalhanoğlunu satmağa o qədər də həvəsli deyil. Milanlılar onun qiymətini 30 milyon avrodan yuxarı dəyərləndirir. Hakanın klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



