“Fənərbaxça” baş məşqçisiz qaldı
“Fənərbaxça”nın baş məşqçisi Jorje Jezus İstanbul təmsilçisindən ayrılıb.
Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə özü məlumat verib.
O, ötən gecə Türkiyə kubokunun “Başakşəhər”lə final oyunundan (2:0) sonra komandadan getdiyini bəyan edib.
Jezus “Fənərbaxça”nı mövsümün əvvəlindən çalışdırırdı. O, bu komandaya 9 il sonra titul qazandırsa da, müddəti bitən müqaviləsini yeniləmək istəməyib və azad agent kimi ayrılıb.
“Fənərbaxça” portuqaliyalı çalışdırıcısının rəhbərliyi altında Super Liqada da 80 xalla ikinci yeri tutmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin