“Fənərbaxça” baş məşqçisi ilə yollarını ayırdı
Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.
Komanda.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilib.
Kartalın rəhbərliyi altında “sarı-lacıvərdlilər” Türkiyə Super Liqasında cari mövsümü 99 xalla ikinci pillədə başa vurub.
İstanbul klubunda baş məşqçi postuna ən real namizəd portuqaliyalı mütəxəssis Jose Maurinyodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin